Azərbaycan və İspaniya ikiqat vergitutmanı aradan qaldıracaq

2022-ci il yanvarın 1-dən Azərbaycan və İspaniya ikiqat vergitutmanı aradan qaldıracaq.
Redaktor.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycanla İspaniya arasında ikiqat vergitutmanın ləğvi barədə konvensiya 2014-cü il aprelin 23-də imzalanıb.
Sənəd 2021-ci il yanvarın 13-də qüvvəyə minib. Konvensiyanın tətbiq olunmasına isə 2022-ci il yanvarın 1-dən başlanacaq. //Trend