Azərbaycanda elektrik enerjisi istehsalı artıb

 12:29 17.02.2021     58

Bu ilin yanvar ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd 369 mln kVt/st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 21,2 mln kVt/s artıb.

Bu barədə Redaktor.az-a Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 7,1 mln kVt/s artaraq 2 mlrd 260 mln kVt/s, SES-lərdə 13,6 mln kVt/s artaraq 78,9 mln kVt/s, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,6 mln kVt/s artaraq 30,19 mln kVt/s olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 9,39 mln kVt/s, Günəş Elektrik Stansiyalarında 2,1 mln kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,7 mln kVt/st elektrik enerjisi istehsal edilib.

2021-ci ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 mlrd 142,76 mln kVt/s (İES-lərdə 2 mlrd 071,3 mln kVt/s, SES-lərdə 71,46 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln kVt/s (İES-lərdə 22 mln kVt/s, SES-lərdə 6,5 mln kVt/s, Günəş ES-də 1,9 mln kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,87 mln kVt/s, Müstəqil Elektrik Stansiyaları üzrə isə 189 mln kVt/s təşkil edib.