Rusiya 50 ton Azərbaycan pomidorunu geri qaytarıb

 11:44 18.02.2021     460

“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycan Respublikasından ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.

Redaktor.az-ın məlumatına görə, tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edildiyi üçün Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb. //APA