Mərkəzi Bankdan dollarla bağlı XƏBƏR

 15:36 18.02.2021     176

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Redaktor.az xəbər verir ki, hərracda tələb 46,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, ilin əvvəlində dollara tələb yüksələrək 142,2 milyon ABŞ dollarına çatıb. Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasından sonra növbəti hərraclarda dollara tələb tədricən azalıb.