"Aİ-95" benzininin idxalı kəskin artıb - CƏDVƏL

 15:20 18.02.2021     345

2020-ci ildə Azərbaycan 58,615 mln. ABŞ dolları dəyərində 96 998,93 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

Redaktor.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, illik müqayisədə idxal olunan benzinin həcmi 80,3%, dəyəri isə 44,2% artıb. Ötən il Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 58,5%-ni məhz Rusiyanın payına düşüb. Ötən il Rusiya ölkəyə 34,470 dollar dəyərində 56 743,48 ton benzin göndərib.

2020-ci ildə "Aİ-95" markalı benzinin Azərbaycana ixracatçıları:

#

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, mln. dollar

İllik dinamika

1

Rusiya

56 743,48

2,2 dəfə

34,470

70,3%

2

Rumıniya

33 802,02

23,4%

19,863

0,2%

3

Bolqarıstan

3 430,67

-

2,234

-