"Bitcoin"in qiyməti 56 min dolları keçib

"Bitcoin"in qiyməti ticarət sessiyası zamanı 8,86 faiz bahalaşaraq 56,175 min dollara yüksəlib.
Redaktor.az-ın məlumatına görə, bu barədə "CoinDesk" portalı xəbər verib.
Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Saat 01:33 üçün "Bitcoin"in qiyməti 8,56 faizə qədər bahalaşaraq 56,018 min dollar təşkil edib. //Trend.az