Ölkəmiz düyü idxalını artırıb

 10:43 20.02.2021     120

Bu ilin yanvar ayında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 4,9 min ton düyü idxal edib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,7 mln ABŞ dolları (97,8 %) və 1,9 min ton (64,7 %) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,45 %-ni təşkil edib.