"Bitcoin" nədir, qiyməti nə qədərdir? - ARAŞDIRMA

"Bitcoin" (BTC) kriptovalyutaların lideri və ilkidir.
Redaktor.az bildirir ki, bu, bu sahəyə investisiya qoymaq istəyənlərin diqqətini çəkməsinə səbəb olur. Bununla yanaşı, xüsusilə təcrübəsiz investorlar BTC haqqında çox məlumat sahibi olmalıdırlar.
İnkişaf edən texnologiya insanların pula baxış tərzini dəyişdirdi. İlk vaxtlarda insanlara "xarici" və "utopik" görünsə də, son illər "Bitcoin" kimi rəqəmsal valyutaların yaxşı ad qazanması izləyənlərin düşüncələrində dəyişikliklərə səbəb oldub. Nə qədər maraq artsa da, Bitcoin haqqında daha çox məlumatöyrəmək vacibdir. "Bitcoin" necə işləyir, BTC xüsusiyyətləri nələrdir, BTC-yə necə sərmayə qoymaq lazımdır, investisiya qoymadan əvvəl nələrə diqqət edilməlidir... Bu suallara cavab tapmaq üçün bəzi məqamları bilməlisiniz.
"Bitcoin" necə işləyir?
"Bitcoin" (BTC) mədənçilərin və investorların birlikdə istifadə etdiyi blockhain (blok zənciri) sistemi ilə işləyir. "Təchizat sərmayəsi" olaraq da adlandırılan "Bitcoin" ilk ortaya çıxdıqda ümumilikdə 21 milyon ədəd istehsal edildi.
"Bitcoin"-də transfer necə edilir?
"Bitcoin"-də edilən əməliyyatlar göndərici ünvanı, alıcı ünvanı və "Bitcoin"lərinizi istifadə etməyə imkan verən açarlardan ibarətdir. Göndərən şəxs prosesi alıcının ünvanını və göndəriləcək məbləği yazmaqla başlayır. Mədənçilər adlandırılan "Bitcoin" üzərində söz haqqına sahib şəslər və ya qruplar təsdiqi "Blockhain"-in dəstəyi ilə həyata keçirirlər. Alıcının əməliyyatın istifadə olunması üçün göndərəcək şəxsin edəcəyi əməliyyatla bağlı açarlara sahib olması gərəkdir.
"Bitcoin" cüzdanı nədir, nə üçündür?
Bütün "Bitcoin" ünvanlarında xüsusi və ictimai xarakterli açarlar var. Ümumi açar digər istifadəçilərin sizə aid ünvana "Bitcoin" göndərməyə icazə verən şərait yaradır. Şəxsi açar eyni zamanda pulunuzun kilidini açmağa və xərcləməyə imkan verir. "Bitcoin" əməliyyatlarında asimmetrik kriptoqrafiya istifadə olunur və riyazi əməliyyatlarla qorunur.
"Bitcoin" haqqında tez-tez verilən suallar
"Bitcoin", Sataşi Nakamoto tərəfindən 2009-cu ildə qurulan ilk kriptovalyutadır. Kağız pul və ya sikkə kimi fiziki bir xüsusiyyəti yoxdur və tamamilə internet mühitində istifadə olunan rəqəmsal valyutadır. "Bitcoin"-in xüsusiyyətləri:
"Bitcoin" (BTC) necə istehsal olunur?
"Bitcoin", internet texnologiyasından istifadə edilərək istehsal, alqı-satqı və transfer edilə bilən kriptovalyutadır. Fiziki dəyəri yoxdur.
"Bitcoin"-də vasitəçi quumlar varmı?
"Bitcoin" (BTC) ilə edilən əməliyyatlar arasında vasitəçi yoxdur. Yalnız hesabınıza vəsait köçürmək üçün istifadə etdiyiniz kriptovalyuta birjası sizdən müəyyən bir komissiya tələb edir. Əməliyyatlarınızda vasitəçi olmadığı üçün bankdan pul köçürmə əməliyyatları ilə müqayisədə maliyyət çox aşağıdır.
"Bitcoin"-in sahibi varmı?
Açıq mənbə kodunda yazılmış rəqəmsal valyuta olan "Bitcoin" hər kəs üçün əlçatandır. Kriptovalyuta sisteminin müəyyən bir mərkəzinin olmaması hər BTC investorunu BTC-nin sahibi edir.
"Bitcoin" cüzdanı təhlükəsizdirmi?
Kriptovalyutalar demək olar ki, bütün ölkələrində istifadə olunur. Şifrələmə və kompüterin qorunması kimi lazımi fərdi təhlükəsizlik tədbirləri görülərsə, kompüterdəki kriptovalyuta cüzdanınıza müdaxilə edilə bilməz.
"Bitcoin"-ə investisiya qoymaq üçün bir müqavilə lazımdır?
Kriptovalyutaların istifadəsində heç bir ön məhdudlaşdırma razılaşması və ya istifadə şərtləri ilə qarşılaşmayacaqsınız.
"Bitcoin"-i kim istehsal edir?
"Bitcoin" mədənçi (mining) adladırılan şəxslər və ya qurum, şirkət tərəfindən istehsal olunur.
"Bitcoin" istehsalı limitsizdir?
"Bitcoin" istehsalı limitsiz deyil, ümumilikdə 21 milyon BTC istehsal ediləcək.
"Bitcoin"-də yenilənmə nəyə görə edilir?
"Bitcoin" istehsalındakı yeniləmələr şəbəkələrdəki istehsalın intensivliyinə görə aparılır.
"Bitcoin" transfer prosesi necə aparılır?
"Bitcoin" alqı-satqısında edilən köçürmələr rəqəmsal imza ilə imzalanır və mədənçilər tərəfindən doğru olub-olmadığı yoxlanılaraq təsdiqlənir. Bu sistem sayəsində Bitcoin-in iki dəfə istifadə olunmasının qarşısı alınır.
"Bitcoin" necə istifadə olunur?
"Bitcoin" alqı-satqısında hesabınızdakı pulunuz USD, EURO, TL və s. valyutaya çevrilə bilər. Bunun üçün çalışdığınız birjada olan BTC-lərinizi sataraq birjanın dəstəklədiyi məzənnəyə çevirərək bank hesabınıza köçürə bilərsiniz.
"Bitcoin" itirildikdə nə baş verir?
"Bitcoin"ləri itirmisinizsə və "Bitcoin Core" istifadəçisisinizsə, təəssüf ki, açarı itirildikdə və cüzdanınız silindikdə onları yenidən açmağınızın və ya götürməyinizin bir yolu yoxdur.
"Bitcoin"-in qiymətləri niyə bu qədər hərəkətlidir?
İlk kriptovalyuta olan "Bitcoin" (BTC) qiymət spekulyatorları və treyderlər arasında böyük təsir bağışlayıb. Kriptovalyuta qiymətləri istifadəçi və investorların istək və tələblərinə uyğun olaraq dəyişə bilər. "Bitcoin" də belədir.
Xəbərlər "Bitcoin" qiymətlərinə təsir edirmi?
Hər hansı mühümxəbər "Bitcoin"-in qiymətinə təsir edə bilər. Bu, həm enişə, həm də yüksəlişə səbəb ola bilər. Başqa sözlə, Bitcoin qiymətləri həmişə analiz və testlərdən asılı olmaya bilər. Çünki xəbərlər vacib amildir və qiymətə birbaşa təsir göstərir.
Etibarlı birjanı necə tapmaq olar?
Kriptovalyuta birjaları günü-gündən artır. Ancaq hər birja etibarlı deyil. Araşdırmaq aparmaq, mütəxəssislərin tövsiyələrinə qulaq asmaq lazımdır.
Orxan İsmayıl / Redaktor.az