Tütün məmulatlarının idxalı artıb

 14:58 20.02.2021     338

Bu ilin yanvar ayı ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.

Redaktor.az-ın məlumatına görə, hesabat dövründə ölkəyə 6 536,77 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 681,27 min dollar və ya 34,6% çoxdur.

Qeyd edək ki, bu ilin ilk ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,83%-nə bərabər olub. //APA