Ötən ay 28 min ton neft koksu ixrac edilib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 28,1 min ton neft koksu ixrac edib.
Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 1,685 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,1% olub.