Azərbaycana gübrə idxalı artıb

 12:07 22.02.2021     60

Bu ilin yanvar ayı ərzində Azərbaycana 7 447,74 min ABŞ dolları dəyərində 33 054,90 ton gübrə idxal olunub.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində təxminən 5,5 dəfə, həcm ifadəsində isə 10 dəfə çoxdur.

Ötən ilin dekabr ayı ilə müqayisədə isə bu ilin yanvarında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 44,2%, həcm ifadəsində isə 40,2% artıb.

Qeyd edək ki, bu ilin yanvar ayında gübrə idxalının ümumi idxalda payı 0,95% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,76 faiz bəndi çoxdur.