İstehlak kreditləşməsi azalıb

 13:48 23.02.2021     62

Bu ilin yanvar ayının 31-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi illik 6% azalaraq 14 213,8 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Redaktor.az-a verilən məlumata görə, portfelin əsas hissəsinin (59,5%) təşkil edən biznes kreditlərin həcmi illik 8,1% azalaraq 8 456,7 manat təşkil edib. Ümumi portfelin 26,1%-ni təşkil edən istehlak kreditləri isə illik 10,1% azalaraq 3 702,6 mln. manata enib.

İpoteka kreditlərinə gəldikdə, onların  ümumi portfeldə payı 14,5% təşkil edir və illik 14,5% artaraq 2 054,5 mln. manata çatıb.