Bitkoin ucuzlaşmaqda davam edir

Bu gün keçirilən hərraclarda Bakı vaxtı ilə saat 15:57-yə olan vəziyyətə görə, bitkoin 16.38 faiz ucuzlaşaraq 45,615 ABŞ dollarınadək geriləyib.
Redaktor.az xəbər verir ki, bu barədə 20-dən artıq birjanın göstəricilərinə əsasən “Coin Desk” bildirib.
Həmçinin Bakı vaxtı ilə saat 16:10-a olan vəziyyətə görə isə, bitkoin 46,369 dollardan satılıb ki, bu da ötən sessiyaya nisbətən 14.5 faiz azdır.