Azərbaycan Ukraynadan 182 ton kolbasa alıb

 16:16 26.02.2021     209

2020-ci ildə Azərbaycan Ukraynadan ümumilikdə 182 ton kolbasa və kolbasa məmulatları idxal edib.

Redaktor.az bildirir ki, bu həcm Ukraynanın ümumikdə ixrac etdiyi kolbasa və kolbasa məhsullarının 13 %-nə bərabərdir.

Ötən il Ukrayna ümumilikdə 1 400 ton kolbasa və kolbasa məmulatları ixrac edib. Ukrayna kolbasasının əsas alıcısı 350 tonluq (25%) göstərici ilə Nigeriya olub.

Hesabat dövründə Ukraynadan Gürcüstana 294 ton (21 %), İordaniyaya 154 ton (11 %), Moldovaya isə 70 ton (5 %) kolbasa və kolbasa məhsulları ixrac edilib.

2020-ci ildə Ukraynanın idxal etdiyi kolbasa və kolbasa məhsullarının həcmi isə 4 700 ton təşkil edib. Bu həcm 2019-cu illə müqayisədə 2 dəfə, 2016-cı illə müqayisədə isə 12 dəfə çoxdur.

İdxal əsasən Avropa ölkələrindən həyata keçirilib. Bu baxımdan Polşa lider olub. Bu ölkədən Ukraynaya 3 431 ton kolbasa və kolbasa məhsulları idxal edilib ki, bu da ümumi kolbasa və kolbasa məhsullarıın idxalında 73 % paya bərabərdir. İdxalın dəyərinə görə isə İspaniya ilk yeri tutub. Bu ölkədən Ukraynaya 2 021 ton kolbasa və kolbasa məhsulları gətirilib ki, bu da ümumi kolbasa və kolbasa məhsullarıın idxalına çəkilən xərcdə 43 % paya malik olub.

Bununla belə, Ukrayna bazarında idxal kolbasanın ümumi payı cəmi 1,4 % təşkil edib. //Report.az