“ADY Konteyner” Türkmənistandan Türkiyəyə kükürd daşıyır

 18:05 26.02.2021     281

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Konteyner” MMC-nin operatorluğu ilə Türkmənistandan Türkiyəyə dəmir yolu ilə kükürd daşınır.

Redaktor.az-ın məlumatına görə, hazırda Türkmənbaşı limanında kükürdün növbəti partiyası konteynerlərə yüklənir. Proses başa çatdıqdan sonra 40 və 45 futluq 20 konteynerdən ibarət blok qatarı son təyinat məntəqəsi olan Mersin şəhərinə istiqamət götürəcək. //Report