Mərkəzi Bankdan manatla bağlı VACİB AÇIQLAMA - AZALMA VAR VƏ...

 13:20 27.02.2021     405

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,85 bənd təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Verilən məlumata görə, bu, yanvarın 1-nə nisbətən 0,28 bənd çox, ötən ilin fevralın 1-nə nisbətən isə 0,51 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. //Report