Azərbaycan banklarının xalis xarici aktivləri artıb

 13:31 27.02.2021     216

Bu il fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 19 005,6 milyon manat təşkil edib.

Redaktor.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1 % çoxdur.

Ötən il fevralın 1-nə nisbətən isə bankların xalis xarici aktivləri 6,7 % artıb.