Geniş pul kütləsinin həcmi azalıb

 13:56 27.02.2021     211

Bu il fevralın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 112,3 milyon manat təşkil edib.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 3,7%, ötən il fevralın 1-nə nisbətən isə 1,5% azdır.

Yanvarın sonuna manatla geniş pul kütləsinin həcmi 19 488,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 4% az, illik müqayisədə isə 8,6% çoxdur.