Azərbaycanda manatla pul bazası artıb

 09:40 02.03.2021     199

Bu ilin martın 1-nə Azərbaycanda manatla pul bazası 12 863 mln. manat təşkil edib.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ay ərzində ölkədə manatla pul bazası 0,6%, illik müqayisədə isə 6,2% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.