Mərkəzi Bankın hərracında dollara tələb artıb

 13:57 02.03.2021     198

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından Redaktor.az-a məlumat verilib.

Hərracda tələb 59,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki hərracda (25 fevral) tələb 43,8 milyon ABŞ dolları təşkil edib.