Dövlət satınalmalarının sayı azalıb

 11:53 03.03.2021     224

Ötən il Azərbaycanda dövlət xətti ilə 9 203 satınalma həyata keçirilib.

Redaktor.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 19,7% azdır.

Ötən il bağlanmış satınalma müqavilələrinin ümumi dəyəri isə 6 567 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 14,8% çoxdur.

2020-ci ildə satınalmalarla bağlı 305,5 milyon manat vəsaitə və yaxud müqavilələrin ehtimal olunan qiymətinin 8%-i qədər qənaət edilib. Bu rəqəmlər 2019-cu ildə müvafiq olaraq 271 milyon manat və 9,2% təşkil edib.