Bu il Azərbaycanda 5,8 mln ton neft hasil edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Redaktor.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata əsasən, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 342 min ton az olub.
Respublika üzrə neft hasilatının 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 628 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib. //Report