Azərbaycan alüminium ixracını artırıb

 15:43 20.03.2021     91

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 27,7 milyon ABŞ dolları dəyərində 11,8 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2 milyon ABŞ dolları (78,7 %) çox və 3,6 min ton (43,9 %) çoxdur.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ixracı Azərbaycanın ümumi ixracının 8,37 %-ni təşkil edib.