Bu il dərman idxalını artırıb - Azərbaycan

 12:03 22.03.2021     82

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 36,213 mln. ABŞ dolları (61,562 mln. manat) dəyərində 3 209,5 ton müxtəlif növ dərman vasitələri idxal edib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə həcm ifadəsində 2,1 dəfə, dəyər ifadəsində isə 32,6% çoxdur.

Yanvar ayında ən çox dərman vasitələri Türkiyədən gətirilib. Belə ki, hesabat ayında Türkiyədən Azərbaycana 4,450 mln. dollarlıq (7,565 mln. manat) 140,65 ton müxtəlif növ dərman vasitələri tədarük olunub.