Azərbaycan diri heyvan idxalını iki dəfədən çox azaldıb

 14:27 23.03.2021     74

Bu ilin yanvar-fevral aylarında Azərbaycan diri heyvanların idxal-ixracını kəskin azaldıb.

Redaktor.az bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 % azalaraq 4,4 milyon ABŞ dolları dəyərində olub.

Hesabat dövründə diri heyvan idxalı Azərbaycanın ümumi idxalının 0.27 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 % azalaraq 57.50 min ABŞ dollar dəyərində olub.