Azərbaycan bu il "Aİ-95" benzininin idxalını artırıb

 17:58 23.03.2021     87

2021-ci ilin yanvar ayında Azərbaycan 3,276 mln. ABŞ dolları dəyərində 5 895,53 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayı ilə müqayisədə idxal olunan benzinin həcmi 8,2% artıb, dəyəri isə 28,7% azalıb.

Yanvarda Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 91,3%-i məhz Rusiyanın payına düşüb. Yanvarda Rusiya ölkəyə 2,953 mln. dollar dəyərində 5 380,56 ton  benzin göndərib. Bu göstərici həcm ifadəsində 0,02% artıb, dəyər ifadəsində isə 34,9 azalıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 58,615 mln. ABŞ dolları dəyərində "Aİ-95" markalı avtomobil benzini idxal edib. Bu, illik müqayisədə müvafiq olaraq 80,3% və 44,2% artıb.