Azərbaycan süd idxalını 2 %-dək azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1848 min ABŞ dolları dəyərində 1214 ton süd idxal edib.
Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,26 min ABŞ dolları (0,3 %) çox və 23,62 min ton (1,91 %) azdır.
Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,11 %-ni təşkil edib.