Azərbaycan kakao məhsullarının idxalını artırıb

 15:59 24.03.2021     100

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxal-ixrac göstəriciləri açıqlanıb.

Redaktor.az bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxalı 14,9 % artaraq 13,3 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0.83 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların ixracı 12,3 % azalaraq 673 min ABŞ dolları təşkil edib.