Azərbaycan tütün əvəzedicilərinin ixracını azaldıb

 12:00 25.03.2021     73

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxal-ixrac göstəriciləri açıqlanıb.

Redaktor.az bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalının dəyəri 14,4 mln ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mln ABŞ dolları və ya 33,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalı Azərbaycanın ümumi idxalının 0.90 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin ixracının dəyəri 288 min ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 mln ABŞ dolları və ya 84 % azdır.