Azərbaycan pambıq ixracını 20 %-dən çox artırıb

 07:15 26.03.2021     71

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pambıq ixracının dəyəri 45,2 milyon ABŞ dolları təşkil edib.

Redaktor.az bu barədə Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon ABŞ dolları və yaxud 20,3 % çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 737 min ABŞ dolları dəyərində pambıq idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 298 min ABŞ dolları və yaxud 28,7 % azdır.

Hesabat dövründə Azərbaycanın pambıq ixracı Azərbaycanın ümumi ixracının 1,62 %-ni təşkil edib.