Azərbaycanın ixrac etdiyi elektrik enerjisi ucuzlaşıb

 16:58 28.03.2021     283

Bu ilin yanvar-fevral aylarında "Azərenerji" ASC 16,1 milyon ABŞ dolları dəyərində 404 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,9 % az və 7,85 % çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,6 %, qeyri-neft sektoru üzrə ixracında isə 4,9 % paya malik olub.

2 ay ərzində Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin hər kVt/saatının dəyəri 0,04 ABŞ dolları, yaxud 0,07 manat olub. Bu, illik müqayisədə təxminən 13 % azdır.