Azərbaycanın Çinlə mənfi ticarət saldosu azalıb

 11:43 29.03.2021     63

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 316,922 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 113,128 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 70,6% çoxdur. İdxal isə 203,794 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 22,4% azdır.

Nəticədə, 2021-ci ilin ilk iki ayında 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 2,2 dəfə azalıb.