Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıb

 13:23 29.03.2021     278

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektoru  73,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Redaktor.az-a verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azalıb.

Hesabata əsasən, yanvar-fevralda bankların xalis faiz gəliri 227,2 mln. manat, qeyri-faiz gəlirləri isə 104,8 mln. manat təşkil edib.