Azərbaycanda cəmi depozit bazası azalıb

 14:35 29.03.2021     65

Bu ilin martın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 23 489,1 manat təşkil edib ki, bu da illik müqayisədə 5,8% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) Redaktor.az-a verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 1,3% artıb. İlin əvvəlindən isə bu rəqəm 0,8% azalıb.

Qeyd edək ki yerləşdirilmiş depozitlərin 55,6%-i xarici valyutada olub. Beləliklə, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması son dəfə 2015-ci ilin yanvarında (52%) qeydə alınıb.