Azərbaycanda gümüşün qiyməti dördaylıq minimuma enib

Bu gün Azərbaycanda gümüşün qiyməti 1,2 % azalaraq bir unsiya üçün 41,7995 manat təşkil edib ki, bu da son dörd ayda qeydə alınmış ən aşağı göstəricidir.
Redaktor.az-ın məlumatına görə, sonuncu dəfə gümüşün bundan aşağı dəyəri 2020-ci ilin dekabrın 15-də qeydə alınıb – 40,8359 manat. Sözügedən qiymətli metalın bu il ən yüksək qiyməti fevralın 1-i olub – 48,3143 manat. Həmin tarixindən bəri gümüşün dəyəri 13,5 % azalıb.
Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün bir unsiyası 24,8 ABŞ dollarına (42,16 manat) ticarət olunur. //APA