Məhəmməd Barkindo: Pandemiyaya görə qeyri-sabitlik davam edir

 19:46 30.03.2021     101

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində neft bazarındakı qeyr-müəyyənlik və qeyri-sabitlik davam etdiyi üçün OPEC+ ölkələri ehtiyatlı davranmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo OPEC+ texniki komitəsinin bu gün keçirilən iclasından sonra bildirib.

Xatırladaq ki, OPEC+ ölkələri 2020-ci ilin sonunda hasilatın azaldılmasında yumşalmalara getməkdən imtina edərək cari ilin yanvarında gündəlik hasilatı 1,9 milyon barel əvəzinə, cəmi 0,5 milyon barel artırıb, fevral – aprel ayları üçün isə əvvəlki hasilat səviyyəsində qalıblar.

Həmçinin Səudiyyə Ərəbistanı hasilatı daha 1 milyon barel ixtisar etmək öhdəliyini üzərinə götürüb. Yalnız Rusiya və Qazaxıstan hasilatı bir qədər artırmaqla bağlı razılıq əldə edib.

Martın 31-də və aprelin 1-də keçiriləcək görüş zamanı OPEC+ çərçivəsində aprel ayından sonrakı dövrdə hasilatın həcmi müzakirə olunacaq. “Reuters” xəbər verir ki, Səudiyyə Ərəbistanı may və iyun aylarında da mövcud hasilat həcmini saxlamaq niyyətindədir. //Report