Bakıda ucuz qiymətə xarici maşınlar satılır - SİYAHI

 11:42 31.03.2021     342

Bu il aprelin 13-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Redaktor.az xəbər verir ki, hərracda 9 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Tel.: 566-07-44

13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:

S/N Balanssaxlayıcı müəssisənin adı Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti 10% beh (manatla)

1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsi RK “Nauçnıy” gəmisi 1986 40000 4000

2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti “Elsevər Hüseynov” köməkçi kateri 1986 10000 1000

3 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QAZ-3110-101 2003 2500 250

4 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Chevrolet Niva GLC 2008 5000 500

5 Azərbaycan Respublikası Milli Məclisin İşlər İdarəsi Nissan Maxima 2007 5500 550

6 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin Tərtər Elektromexanika zavodu Kamaz 53213 KS 4572 1987 3500 350

7 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Sunny 2006 5000 500

8 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Maxima 2005 6000 600

9 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Sunny 2006 5000 500