Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

 14:36 01.04.2021     139

Bu ilin aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,356 milyard dollar təşkil edib.

Redaktor.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb.

Eyni zamanda, 2021-ci il yanvarın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,2 faiz və ya 11,4 milyon dollar azalıb.