Qızıl və gümüş bahalaşıb

 17:07 01.04.2021     76

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Redaktor.az-ın məlumatına görə, aprelin 1-də qızılın qiyməti martın 31-i ilə müqayisədə 54,978 manat (1,93 faiz) artaraq 1 unsiya üçün 2 910,094 manat təşkil edib.

Gümüş 0,757 manat (1,87 faiz) bahalaşaraq 1 unsiya üçün 41,3338 manata bərabər olub.

Platinin qiyməti 41,7605 manat (2,11 faiz) artaraq 2 016,268 manat, palladiumun qiyməti 24,99 manat (0,56 faiz) artaraq 4 452,0195 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 62,2455 manat (2,1 faiz) ucuzlaşıb, gümüş 4,2898 manat (9,4 faiz) ucuzlaşıb, platin 45,628 manat (2,2 faiz) ucuzlaşıb, palladium 474,4615 manat (11,9 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 213,9025 manat (7,9 faiz) bahalaşıb, gümüş 17,4067 manat (72,7 faiz) bahalaşıb, platin 776,832 manat (62,7 faiz) bahalaşıb, palladium 448,12 manat (11,2 faiz) bahalaşıb.