Vətən müharibəsi ilə bağlı xatirə pul nişanları buraxılacaq

 18:32 05.04.2021     86

Azərbaycanda Vətən müharibəsi ilə bağlı xatirə pul nişanları tədavülə buraxılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılması planlaşdırılır. //Qafqazinfo