Bankların dollara olan tələbi açıqlanıb

 13:37 06.04.2021     70

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Redaktor.az-a Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 74,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki hərracda (1 aprel) tələb 69,3 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.