BVF Gürcüstan iqtisadiyyatı üzrə proqnozunu endirib

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il üçün Gürcüstanın iqtisadi artım tempi üzrə proqnozunu 4,3 %-dən 3,5 %-ə endirib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə BVF-nin hesabatında deyilir.
Hesabatda 2022-ci ildə Gürcüstanın iqtisadi artım tempi 5,8 %, 2023-cü ildə isə 5,5 % olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Gürcüstan hökuməti cari ildə ölkədə ÜDM-in 4,3 % artacağını proqnozlaşdırır. //APA