Energetika naziri Xorvatiyanın səfiri ilə görüşüb

 20:19 08.04.2021     277

Energetika naziri Pərviz Şahbazov Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçi qəbul edib.

Bu barədə Redaktor.az-a Nazirlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən Cənub Qaz Dəhlizinin bir hissəsi olan və Xorvatiyanın da iştirak etdiyi İon-Adriatik Boru Kəməri layihəsi, eləcə də Azərbaycanda yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə olunub.

İon-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfinin davamlı dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.