Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu son bir ildə 19,7% və ya 1 237,0 min ABŞ dolları azalaraq 5 054,0 min dollar təşkil edib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin 31 mart tarixinə olan göstəriciyə əsasən təqdim etdiyi hesabatında qeyd olunub.
Bildirilib ki, bu göstərici ötən ilin 31 martında 6 291 min dollar təşkil edib.
Hesabata əsasən, 2021-ci ilin 31 mart tarixində Gürcüstanın ümumi xarici dövlət borcu 7 720 504,0 min dollar təşkil edib ki, bunun da 95,2%-i hökumətin borcu təşkil edib. Gürcüstan Milli Bankının xarici borcu isə 367 057,0 min dollara bərabərdir.
Qeyd olunub ki, Gürcüstanın xarici dövlət borcu son bir ildə 35,7% və ya 2 032 243,0 min dollar artıb. Ötən il bu göstərici 5 688 261,0 min dollar təşkil edib. //APA