Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

 14:35 16.04.2021     321

Bu ilin aprelin 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 260,7 min nəfər olub, onlardan 4 890,4 min nəfərini məşğul əhali təşkil edib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,33% artıb, məşğul əhalinin sayı isə 0,94% azalıb.

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 678,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,5 min nəfər, qeyri-dövlət sektorunda isə 763 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 645,3 min nəfər çalışıb. //APA