Düyü idxalı artıb

 17:33 16.04.2021     89

Bu ilin yanvar-mart aylarında Azərbaycan 10,7 milyon ABŞ dolları dəyərində 15 min ton düyü idxal edib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5 milyon ABŞ dolları (17,3 %) və ya 1 154 ton (8 %) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42 %-ini təşkil edib.