Azərbaycanda martda maska istehsalı kəskin azalıb

 16:31 16.04.2021     87

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7,2 mln. ədəd tibbi maska istehsal edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir ki, təkcə mart ayında 1,4 mln. ədəd maska istehsal olunub ki, bu da fevral ilə müqayisədə 44% azdır.

Aprelin 1-nə ölkədə hazır maska ehtiyatı 2,9 mln. ədəd təşkil edib ki, bu da aylıq müqayisədə 12,1% azdır.