Azərbaycana əczaçılıq məhsullarının idxalı martda azalıb

 18:20 16.04.2021     291

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 113198,78 min ABŞ dolları dəyərində 6452,55 ton əczaçılıq məhsulları idxal olunub.

Redaktor.az-ın məlumatına görə, cari ilin ilk üç ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,1 %, həcmi isə 30,4 % artıb.

Təkcə bu ilin mart ayında isə 32181,49 min dollarlıq 1295,15 ton sözügedən məhsullardan ölkəyə idxal olunub ki, bu da fevral ayı ilə müqayisədə müvafiq olaraq 17,6 % və 29,5 % azdır.