İctimai iaşə dövriyyəsi 2 dəfə azalıb

 12:21 17.04.2021     85

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 138 milyon manat olub.

Bu barədə Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,6 %-i hüquqi şəxslərin, 58,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyənin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 dəfə azalaraq 56,8 milyon manat olub.