Azərbaycan neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 91 234,68 min ABŞ dolları dəyərində 225 615,6 ton neft məhsulları ixrac edib.
Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,65%, həcmi isə 0,75% artıb.